Ermənilər Azərbaycan Ordusunun əsgərini yaraladılar

img

22-05-2013 [04:14]


Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Daşkəsəndə yerləşən ?N? saylı hərbi hissəsində qeydə alınıb. Əsgər Əmirov Seymur Mahir oğlu düşmən tərəfindən açılan atəş nəticəsində sol ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Qeyd edək ki, S. Əmirov Hacıqabul rayonundan hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA