Qənirə Pazayeva Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 3-cü forumuna qatılıb

img

22-05-2013 [11:54]


Millət vəkili Qənirə Paşayeva Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 3-cü forumunda gəncləri sosial şəbəkələrdə Qaradağ həqiqətlərinin daha geniş yayılması və erməni yalanlarına qarşı mübarizədə daha aktiv olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Odessa şəhərində keçirilən 3-cü forumunda ?Xaricdə təmsilçilik. Alternativ yollar? adlı paneldə çıxışı zamanı xaricdə təhsil alan gənclərimizin Azərbaycan haqqında həqiqətlərin, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi haqqında dolğun və düzgün məlumatların Ukrayna və eləcə də dünya ictimayyətinə çatdırılmasında böyük rol oynaya biləcəyini xüsusi vurğulayaraq onları bu istuqamətdə səylərini daha da artırmağa çağırıb.? Qarabağ probleminin həlli, torpaqlarımızın Ermənistanın işğalından azad ediıməsi, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Azərbaycan gənclərinin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq?, ? deyə millət vəkili əlavə edib. Bu məsələdə Azərbaycan gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün Azərbaycan gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA