Mehriban Əliyeva Fransa Milli Asambleyasında

img

22-05-2013 [10:48]


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mehriban Əliyevanın rəhbərliyi altında nümayəndə heyəti Parisdə səfərdədir. Milli Məclisinin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mehriban xanım Əliyeva mayın 21-də Fransa Milli Asambleyasına gəlib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Fransa Milli Assambleyasının sədri Klod Bartolone qarşılayıb. Görüşdə Klod Bartolone Fransanın böyük dostu olan Mehriban xanım Əliyeva ilə görüşdən məmnun olduğunu qeyd etmiş, bu səfərin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində vacib rol oynayacağını bildirmişdir. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə Azərbaycan-Fransa əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən Klod Bartolone Bakıda Fransız liseyinin tikilməsində Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mehriban xanım Əliyeva ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu, əlaqələrimizin bütün sahələrdə inkişaf etdiyini bildirib. Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi və onun nəticələri barədə ətraflı məlumat verib. Azərbaycanın birinci xanımı Fransada ölkəmizlə bağlı mədəniyyət tədbirlərinin keçirildiyini, Heydər Əliyev Fondunun bu layihələri davam etdirdiyini diqqətə çatdırıb. Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mehriban Əliyevanın rəhbərlik etdiyi deputatlardan ibarət nümayəndə heyəti sonra Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun sədri Tierri Marianni ilə görüşüb. Söhbətdə ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsinin, o cümlədən işçi qruplarının fəaliyyətinin gücləndirilməsinin əhəmiyyəti qeyd olunmuş, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb. Həmin gün Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan tərəfindən Fransa heyətinin şərəfinə şam yeməyi verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA