Bakıda vəhhabilərlə dindarlar arasında silahlı atızma oldu

img

21-05-2013 [07:45]


Mayın 20-dən 21-ə keçən gecə paytaxtın Binəqədi rayonu ərazisində atışma olub. Bu barədə məlumatı sakinlər verib. Sakinlərin sözlərinə görə, atışma səsləri gecə saatlarında eşidilib və bir müddət davam edib. Hadisənin Binəqədi yolundakı "Qurd yuvası" restoranının yaxınlığında qeydə alındığı da daxil olan məlumatlar arasındadır. Versiyalara görə insident vəhhabilərlə başqa bir dini qrup arasında yaranıb. Restoranda başlanan mübahisə, sonradan tərəflərin silaha əl atmasına gətirib çıxarıb. Hadisə yerinə çox sayda polis qüvvəsi cəlb edilib. Eyni zamanda hər iki qruplaşmanın tərəfdarlarının hadisə yerinə gəldiyi, ancaq polisin hadisənin daha da böyüməsinə imkan vermədiyi bildirilir. Hadisənin baş verdiyi iddia edilən əraziyə nəzarət edən Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsindən isə məlumat təkzib edilib. Polis bölməsindən məlumata görə, gecə saatlarında rayon ərazisində heç bir silahlı insident qeydə alınmayıb. Əldə etdiyimiz məlumata görə, restoranın sahibi Əhməd adlı şəxsdir. O, əvvəl Xətai Rayon Polis İdarəsində işləyib. İndi isə başqa bir nazirlikdə yüksək vəzifədə çalışır./ AzNews.az/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA