Avstriya kanslerinin müavini Azərbaycana gəldi - Səbəb

img

18-09-2018 [10:04]


Avstriya kanslerinin müavini Haynts-Kristian Ştraxe Azərbaycana işgüzar səfərə gəlib.

"Report" Avstriya KİV-inə istinadən xəbər verir ki, üç gün davam edəcək səfər zamanı qonağın Azərbaycan Prezidenti, gənclər və idman, iqtisadiyyat, informasiya və texnologiya nazirləri ilə görüşəcəyi nəzərdə tutulub.

Bakıya səfər zamanı kanslerin müavinini biznes nümayəndə heyəti müşayiət edir.

Həmçinin qeyd olunur ki, Haynts-Kristian Ştraxe Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının açılış mərasiminə qatılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA