Gələn il üçün Günəş tutulmalarının vaxtı açıqlanıb

img

17-09-2018 [14:56]


AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2019-cu ilin Günəş tutulmalarının vaxtını açıqlayıb.

Bu barədə AMEA-dan məlumat verilib.

ŞAR-ın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, gələn il 3 Günəş tutulması hadisəsi (qismən, tam və həlqəvari) baş verəcək.

Belə ki, ilk Günəş tutulması 2019-cu il yanvarın 6-daBakı vaxtı ilə saat 03:34-də başlayacaq, 05:40-da maksimum həddə çatacaq, 07:49-da isə sona çatacaq.

Növbəti Günəş tutulması 2019-cu il iyulun 2-də yerli vaxtla saat 20:55-də baş verəcək və iyulun 3-də01:50-də sonlanacaq.

Sonuncu Günəş tutulması isə 2019-cu il dekabrın 26-daBakı vaxtı ilə saat 06:30-da start götürəcək və 12:06-da yekunlaşacaq. Bakıda 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkün olacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA