Nuzirəvan Məhərrəmli televiziyaları tənqid etdi: "Bayağılıq hiss olunur"

img

21-05-2013 [04:56]


?Televiziyalarda nümayiş olunan seriallar bizi cəlb etmir. İstər aktyor, istərsə də mövzu seçimi baxımından bayağılıq hiss olunur". Bu sözləri Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri həmçinin mövcud problemlərin aradan qaldırılması üçün dövlət tərəfindən serialların çəkilişinə ayrılan vəsaitin xərclənməsi ilə bağlı açıq müzakirələrin keçiriləcəyini bildirib: "Biz istədik ki, bu mövzu ilə bağlı müzakirələri açıq keçirək. Mövcud problemləri müzakirə edək və həlli yollarını birlikdə tapaq. Prezident tərəfindən televizayalara maliyyə ayırılıb, bu vəsait serialların inkişafına xidmət etməlidir. Vəsaitin seriallara ayrılması bazar iqtisadiyyatının tələbi idi. Televiziya kanallarında artıq 20-30-a qədər serial çəkilir və müəyyən uğurlar da sezirik. Amma tam uğurlardan danışmaq olmaz. Serialları bizi özünə cəlb edə bilmir, bayağılıq hiss olunur. Dövlət maliyyəni dəstək üçün ayırır. Məni düşündürən problemlərdən biri də kinoprodakşnların çoxluğudur. Bu qədər prodakşn var, amma niyə yaxşı kinolar çəkilmir? Hərə bir prodakşın yaradıb bu sahəyə gəlməməlidir. Təxminən 40-a yaxın prodakşın var. Bu keyfiyyət baxımından müəyyən suallar doğurur". N. Məhərrəmli həmçinin serial çəkilişində həvəskarların yox, peşıəkarların çalışmalı olduğunu bildirib. Şura sədri ayrılan vəsaitin xərclənməsinin də ciddi problem olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA