17-09-2018 [10:51]
Dünyanın bir neçə ölkəsi var ki, orada iki vətəndaşlığa icazə verilir. Azərbaycanda isə hazırda ikili vətəndaşlığın olması qanunla qadağandır.
Bəs Azərbaycanda yaxın zamanlarda ikili vətəndaşlığa icazə verilə bilərmi?
Nə üçün buna icazə verilmir?
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, hazırda Azərbaycan ikili vətəndaşlığın verdiyi imkanlardan yararlana bilmir:
"Hesab edirəm ki, yaxın gələcəkdə ikili vətəndaşlıq məsələsi Azərbaycan qanunvericiliyinə gətirilməlidir və ölkəmiz bundan yararlanmalıdır. Bu, mənim şəxsi fikrimdir. Misal üçün, biz Rusiyada yaşayan azərbaycanlıları nəyə görə ya Azərbaycanı, ya da Rusiyanı seçməsi üçün dilemma qarşısında qoymalıyıq? Bu gün Rusiyada, ABŞ-da və ya digər ölkələrdə yaşayan azərbaycanlı iş adamlarımız var. Onlar nə üçün Azərbaycan vətəndaşı ola bilməsin? Düşünürəm ki, ikili vətəndaşlığa pis baxılması keçmiş SSRİ dövründən qalan haldır. Bilirsiniz ki, Sovet İttifaqı dövründə ikili vətəndaşlıqdan söhbət gedə bilməzdi. Həmin dövrdə ikili vətəndaşlıq məsələsi mütləq siyasətlə əlaqələndirilirdi. Ancaq bu gün vəziyyət tamam fərqlidir. Bu gün dünyada nəinki iqtisadiyyat, hətta idman da siyasətlə əlaqəlidir. Ona görə biz də qlobal dünyanın tələblərinə uyğun addımlar atmalıyıq. Ən azı çalışmalıyıq ki, Azərbaycan da ikili vətəndaşlığın imkanlarından yararlana bilsin. Daha xaricdə yaşayan soydaşlarımızı dilemma qarşısında qoymaq lazım deyil. Bu cür addımlar Azərbaycan vətəndaşlarının itirilməsinə gətirib çıxara bilər. Düşünürəm ki, bu da indiki vəziyyətdə Azərbaycanın mənafelərinə uyğun deyil”.
R.Cəbrayılov ikili vətəndaşlığın Azərbaycan üçün müəyyən fəsadlarının da ola biləcəyini qeyd edib:
"Məsələn, təxminən Gürcüstanda yaşayan yarım milyona qədər əslən azərbaycanlı, lakin Gürcüstan vətəndaşı olanlar kütləvi şəkildə oranın vətəndaşlığından imtina etməsi və ölkəmizin vətəndaşlığını qəbul etməsi halları ola bilər. Bu da nəticədə Gürcüstandakı bizim dədə-baba torpaqlarının sonda boşalmasına gətirib çıxara bilər. Buna imkan vermək olmaz. Bildiyimiz kimi, Gürcüstan vətəndaşı olan əslən azərbaycanlıların ölkəmizə gəlib-getməsində müəyyən çətinliklər olur . Onlar çətinlik çəkməsinlər deyə, qanunvericilikdə bu halı yumşaltmaq olar. Yəni, bu halı əslən azərbaycanlı olan başqa ölkə vətəndaşlarına şamil etməmək olar. Hesab edirəm ki, bu cür hallarla ikili vətəndaşlığa icazə vermək olar. Hazırda isə qanunvericilikdə ikili vətəndaşlığa yol verilmir. Əgər buna yol verilsəydi Gürcüstanda yaşayan azərbaycanlılar ikili vətəndaşlıq ala bilərdi. Onların ölkəmizə gəlib-getməsində də çətinliklər olmazdı. Bildiyimiz kimi, hər hansı bir ölkənin vətəndaşlığını qəbul edən şəxs 3 ay müddətində hakimiyyət orqanlarına məlumat verməlidir. Əgər belə etməsə bu cinayət məsuliyyəti yaradır”.

"Əks halda Azərbaycana bağlı və ya azərbaycanlı olan insanları dilemma qarşısında qoymuş oluruq. Yəni, biz həmin insanları ya Azərbaycan, ya da digər ölkənin vətəndaşı olmağa məcbur edirik. Yaxşı olardı ki, həmin insanlar yaşadıqları ölkələrin vətəndaşı olmaqla yanaşı, həm də Azərbaycan vətəndaşı olsunlar. Bunun üçün də mütləq Azərbaycan qanunvericiliyində dəyişiklik edilməlidir. Ümumiyyətlə, bu məsələ ilə bağlı bir neçə il öncə Azərbaycan qanunvericiliyinə əlavə və dəyişikliklər olunub. Hətta biz Cinayət Məcəlləsinə də əlavələr etmişik. Bütün bunlar olsa da, ancaq Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığa imkan vermir”.
Deputat onu da vurğulayıb ki, iki vətəndaşlıq məsələsi ilə bağlı beynəlxalq konvensiyaya ehtiyac var.
"Çünki dünyada qloballaşma və inteqrasiya proseslərinin getdiyi vaxtda dünya ölkələrinin vətəndaşlıq haqqında qanunlarının bir-birinə uzlaşdırılması çox vacib məsələyə çevrilib. Bu gün dünyada elə ölkələr var ki, bir neçə vətəndaşlığa, elə ölkələr də var ki, Azərbaycan kimi yalnız tək vətəndaşlığa icazə verir. Bütün bunlara görə də bir çox ölkələrin vətəndaşlıq haqqında qanunları arasında toqquşma yaranır. Bir çox beynəlxalq konvensiyalar zaman-zaman tənzimləndiyi üçün hesab edirəm ki, bu sahədə də tənzimlənmələrə ehtiyac var”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi