Yevlaxda öküz sahibini ağır vəziyyətə saldı - 79 yaşlı kişinin burnunu qopartdı, qabırğalarını qırdı

img

16-09-2018 [22:50]


 Yevlax rayonunda öküz sahibinə xəsarət yetirib.

Hadisə rayonun Tanrıqullar kəndində, 1939-cu il təvəllüdlü kənd sakini Nadir Məhəmmədəli oğlu Mehdiyevin başına gəlib.

Yaşlı kişini vuraraq yerə yıxan öküz, buynuzu ilə onun burnunu və qolunun ətini qopardıb, heyvan həmçinin sahibinin qabırğalarına ciddi xəsarət yetirib. Yaralı ağır durumda xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının burnu cərrahi yolla yerinə tikilib. Hazırda müalicəsi davam edir və vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA