Ərdoğan Bakıdan Ermənistana barmaq silkələdi, şərt qoydu: "Azərbaycan ağlarsa, biz ağlarıq..."

img

15-09-2018 [17:32]


Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parada çıxış edən  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana mühüm ismarıclar göndərib.

Mia.az xəbər verir ki, Türkiyə mətbuatı Ərdoğanın Bakıdakı möhtəşəm çıxışına xüsusui yer ayırıb.

Bildirilib ki, Ərdoğan 15 sentyabr 1918-ci ildə qazanılan zəfəri kiçik düşürməyə çalışanların olduğunu deyib: "Biz bu zəfəri kiçik göstərməyə çalışan çevrələrin olduğunu bilirik. Onlar məğlubiyyətin acısını unuda bilməyənlərdir...".

Ərdoğan deyib ki, Azərbaycanın sevinci, dərdi, sıxıntısı Türkiyənindir: "Azərbaycan ağlarsa, biz də ağlarıq. Azərbaycanın sıxıntısı olan Dağlıq Qarabağ problemi bizim də problemimizdir. Dağlıq Qarabağ probleminin həlli, Ermənistanla əlaqələrimizin düzəlməsində olmazsa olmazın şərtidir. Bu, belə bilinməlidir. 25 il əvvəl Xocalıda yaşananların qatillərini qəhrəman elan edənlərin bizə verəcək heç bir tarix dərsi yoxdur".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA