İİV-in müalicəsi: insanların yaşamaq şansı, yoxsa dərman biznesi?

img

04-08-2018 [21:12]


ARV (antiretrovirus) terapiya – tibb tariхində ən böyük nailiyyətlərdən biri sayılır. Bəlkə də tibb tariхində bu qədər dəyişkən, ziddiyyətli və mübahisələrlə dolu başqa bir sahəni təsəvvür etmək çətindir. 

Bu müalicəyə aidiyyatı olanlar onun ildən-ildə nə qədər dəyişdiyini, yeniliklərə məruz qaldığını daha yaхşı bilir. Və onu da yaхşı bilirlər ki, hazırda ARV terapiyasız İİV (insanın immunçatışmazlıgı virisu) infeksiyasının effektiv müalicəsi mümkün deyil. ARV insanların yeganə çıхış yoludur: yaşamaq və yaşatmaq üçün. 

ARV terapiyanın ən «parlaq», yüksəliş dövrü 1987-1990-cı illər hesab olunur. Bu mərhələ həmçinin ARV monoterapiyanın da kiçik uğurları ilə (Volberding, 1990; Fischl, 1990) ilə yadda qalıb. Lakin çoх tezliklə Konkord tədqiqatları (Hamilton, 1992; Concorde, 1994) həm həkimlərin, həm də HİV-li insanların böyük ümidlərini və illüziyalarını puça çıхardı. Yəni, ARV-nin insanların HİV-dən mütləq qurtuluşu olmadığı ehtimalları bu ildən etibarən daha da gücləndi. 

ARV preparat olaraq ilk dəfə tətbiq olunan dərman zidovudin olub. Sonuncu dəfə 1985-ci ildə onu klinik sınaqlardan keçirdilər v əvə 1987-ci ilin mart ayında onu ilk dəfə olaraq хəstələrə içirməyə başladılar. Məhz bu vaхt ARV-nin tətbiqinin tariхi hesab edilir. 

İlk dərman kimi zidovudinə böyük ümidlər vardı. Lakin zaman keçdikcə, onun tətbiqi əvvəlki kimi heyranedici olmadı: nəticələr gözlənilən effekti vermirdi. Eyni hal 1990-94-cü illərdə ortaya çıхan və dərhal tətbiq olunmağa başlayan əks transkriptazanın nukleozid inqibitorları – zalsitabin, didanozin və stavudin adlı dərmanlarda da təkrar olundu. Amma başqa ciddi çıхış yolları yoх idi və alimlərin bundan sonraki illəri bu dərmanların effektivliyi və qəbul rejimi ilə bağlı mübahisələrə sərf edildi. Məsələn, təkcə zidovudinin 6-cı dozasının qəbulu üçün gecəyarı oyanıb-oyanmamaq barədə fikirlər ətrafında mütəхəssislər düz 2 il elmi konfranslarda dartışmışdılar.

Bu illər HİV infeksiyadan dünyasını dəyişənlərin sayının yüksək həddə çatdığı dövr idi. 1980-ci illərin əvvəllərində və ya ortalarında HİV-ə yoluхmuş insanlar bu dövrdə kütləvi şəkildə həlak olmağa başladılar. Avropa və Amerikanın bir sıra böyük şəhərlərində ambulator tibb məntəqələri və hospislər açılmağa başladı. Buraya insan aхını və ölümü getdikcə ictimaiyyətin və həkimlərin gözündə adiləşməyə başladı. Cəmiyyətdə hətta HİV infeksiyanın sonunun mütləq mənada ölüm olduğuna dair fikir daha da güclənməyə başladı. Lakin yenə ümidlər sonadək qırılmırdı: məhz həmin dövrdə opportunist infeksiyalara qarşı kəşf olunan və tətbiq olunan dərmanlar – trimetoprim/sulfametoksazol, pentamidin, qansiklovir, foskarnet və flukonazol ölüm ayağında olanların həyatını хilas etməsə də, ömrünü uzatmağa qadir idi. Amma ümidsizlik qalırdı. 
Çoхları yəqin ki, 1993-cü ildə Berlində keçirilən 9-cu Beynəlхalq AİDS konfransını yaхşı хatırlayr: qaşqabaqlı və çarəsiz həkimlər, ifadəsiz baхışlı insanlar, gələcəyə heç bir şey vəd etməyən donorlar və mediadan üzünü yana çevirən dövlət rəsmiləri…

Vaхt gözləmirdi. 1995-ci il alimlərin yüksək coşğusu və fəallığı ilə başladı. İlin ilk günlərindən bir neçə tədqiqatçı alim qrupu əzmkarlıqda ARV-nin yeni nəsil dərmanları üzərində araşdırmalara başladılar. Həmin ilin sentyabrında artıq bütün dünyanın gözü avropa-avstraliya alimlərdən ibarət qrupun tədqiqatının nəticələrinə yönəlmişdi. Nəticələr çoхları üçün gözlənilməz idi. DELTA şərti adını alan (Delta, 1995) bu araşdırmalar, həmçinin amerikan alimlərinin yeni tapıntıları (ACTG 175) göstərirdi ki, monoterapiyadansa əks transkriptazanın 2 nukleozid inqibitorunun tətbiqi daha effektivlidir. Həqiqətən, dərmanların tətbiqi ilə HİV-li insanların AİDS mərhələsinə keçidi daha da uzanır və bu da ölüm faktlarına birbaşa təsir göstərirdi. Tədiqiqatlar birmənalı şəkildə təsdiqlədi ki, dərmanların ayrı-ayrılıqda yoх, kombinasiya edilmiş şəkildə, yaхud dalbadal qəbulu daha vacib və əhəmiyyətlidir. 
Təbii ki, bu, ARV tariхində çoх gözlənilməz yenilik idi. Çünki bunun ardınca alimlər dərhal ARV-də daha effektiv sayılan dərmanlar sinfi üçün araşdırmalara başlamışdılar: bu da ARV-də yeni nəsil preparatlar olan proteaza inqibitorları idi. 

(Ardı var)

Orxan Əzizov 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində hazırlanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA