General-leytenant, deputat Əliağa Hüseynov ?Eurovision?la bağlı qarğız etdi

img

21-05-2013 [03:16]


?Azərbaycan iqtidarının yürütdüyü uğurlu daxili və xarici siyasət artıq öz bəhrəsini verir. Bu gün Avropa bizə dəyər verir, öz cərgəsində bizi ön sıralara çıxarır?. Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əlağa Hüseynov ?Eurovision-2013? beynəlxalq musiqi yarışmasında səslərin saxtalaşdırılması və Azərbaycanın pulla səsləri almasına dair yayılan ittihamlara münasibət bildirərkən belə söyləyib. Onun sözlərinə görə, Azərbaycanın inkişafı çoxlarının yuxusunu ərşə çəkir: ?Kor olsun o gözlər ki, ölkənin inkişafını görmürlər. Bu gün istər siyasi, istər iqtisadi, istərsə də mədəni sahədə inkişafımız bəzi dövlətləri, xüsusən də erməniləri ciddi şəkildə naraha edir. ?Pişiyin əli ətə çatmayanda, çiydir? deyib atalarımız. Bunların da bizi şərləməkdən başqa yolu qalmayıb. Çünki ölkənin inkişaf tempi ilə ayaqlaşa bilmirlər. Nəinki regionda və postsovet məkanında, ümumilikdə Avropada aparıcı yerlərdən birini tuturuq. Artıq hamı Azərbaycanı tanıyır, ona layiq olduğu qiyməti verir. Bəzi bədxahlar isə buna sevinmək, dövlətin uğurlarından qürur duymaq əvəzinə, bu inkişafı ləkələməyə çalışırlar. Bütün bu uğurlar təsadüfi deyil. Cənab Prezident İlham Əliyevin rəhbərliyilə aparılan möhtəşəm siyasətin nəticəsidir. Heç kim şübhə etməsin ki, bu uğurlu siyasət Azərbaycana daha ciddi nailiyyətlər qazandıracaq. Azərbaycan dinc yolla Qarabağı da alacaq, erməniləri geri çəkilməyə təhrik edəcək?(Editor) .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA