Nazir qalmaqala qarızdı: ?Eurovision?da verdiyimiz səslər mənim əlimdədir?

img

21-05-2013 [02:53]


Rusiyada rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmədyarov da ?Evrovision-2013?də Azərbaycandan bu ölkəyə heç bir səsin verilməməsinə aydınlıq gətirib. Rusiya KİV-lərində yayılan xəbərə görə, Məmmədyarov bildirib ki, teleekranda Azərbaycan tamaşaçılarının Rusiyaya verdiyi ballar görünəndə şok geçirməmək mümkünsüz idi: ?Nəinki tamaşaçılar, eləcə də Avropa Yayım Birliyininin partnyoru olan Azərbaycanın İctimai Televiziyası da səsvermənin nəticələrindən çox təəccübləndilər. Səhərdən etibarən artıq bu məsələnin detalları araşdırılmağa başlanılıb. İTV-nin şübhələnməyə əsası var idi, belə ki, onlar tərəfindən aparılan sorğu sübut edir ki, efirdə səsləndirilən qiymət ictimaiyyətin rəyi ilə üst-üstə düşmür. Müvafiq məsələ ilə bağlı məhkəmə sms səsvermənin nəticələrini əldə etməklə bağlı qərar çıxarıb. Ölkənin mobil operatorları qərara uyğun olaraq bu faktları təqdim etdilər. Bax onlar buradadır, mənim əlimdə. Mən onları səsləndirmək istərdim. Azercell şirkətinin təqdim etdiyi faktlara əsasən, səslər aşağıdakı şəkildə paylaşılıb: Ukrayna -7893, Rusiya 1677 və s. Bakcellin təqdim etdiyi: Ukrayna -408, Rusiya -380. Və nəhayət Narmobile: Ukrayna ? 193, Rusiya ? 112. Gördüyünüz kimi tamaşaçıların qiyməti yüksəkdir, Rusiya bütün faktlar üzrə ikincidir. Bəs onlar hara yoxa çıxdılar? Bu sual artıq İTV-yədir, daha sonra onlar bunu araşdırmalıdırlar?(qafqazinfo). *** Rusiya xarici işlər naziri Sergey Lavrov da Rusiyanın səslərinin ?yoxa çıxmasına? münasibət bildirib: ?Moskva ?Avrovision-2013? yarışmasında finalistlərin səslərinin hesaba alınması zamanı rusiyalı təmsilçimizin səhvən Azərbaycandan heç bir səs ala bilməməsi Moskvanı dilxor edib. Bizim təmsilçimizin 10 balının oğurlanması ilk öncə bu tədbirin təşkilatçılığının necə təşkil olunması baxımından bizi sevindirmir. Biz Elmar Məmmədyarovla danışdıq ki, Azərbaycan İctimai Televiziyası hüquqi məsələləri aydınlaşdırdıqdan sonra bu xoşagəlməz aksiyanın cavabsız qalmaması üçün birgə addımlarımızı razılaşdıracağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA