Mikayıl Cabbarov səfirlə görüşdü - FOTO

img

13-09-2018 [11:42]


Vergilər naziri Mikayıl Cabbarov Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşüb.

Bu barədə Mia.az-a Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Görüşdə ölkələr arasındakı iqtisadi əlaqələr, ölkələrarası ticarətin genişlənməsi və investisiyaların yatırılması, bu sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib, hər iki ölkənin iqtisadi tərəfdaş kimi qarşılıqlı maraq doğurduğu vurğulanıb. Tərəflər Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, Koreya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, həmçinin vergi sahəsində aparılan son islahatlar barədə fikir mübadiləsi aparıblar.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA