Plastik paketlərdən istifadə LƏĞV OLUNUR

img

12-09-2018 [12:47]


Bu ilin oktyabrın 1-dən etibarən Gürcüstanda plastik paketlərdən istifadə tədricən ləğv olunacaq.

Mia.az report-a istinaddən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hökumət yaşıl iqtisadiyyat siyasətini aktiv olaraq inkişaf etdirir: "Son illər bütün dünyada plastik qablaşdırma materiallarına qarşı mübarizə aparılır. Ətraf mühitə ən çox plastik paketlər ziyan vurur. Gürcüstanda da bu sahədə ciddi problemlər var. Ona görə də hökumət tərəfindən qəbul olunmuş tənzimləmələrə əsasən, ölkədə oktyabrın 1-dən başlayaraq mərhələli şəkildə birdəfəlik paketlərin istehlakdan maksimum çıxarılması təmin olunacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA