MSK sədrinin müavini işdən çıxdı - Yeni vəzifəyə təyinat aldı

img

12-09-2018 [10:01]


Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov işdən çıxıb.

Milli Məclis MSK-ya yeni üzvün seçilməsi məsələsinə baxacaq. N.Məmmədov isə Nazirlər Kabineti Aparatı rəhbərinin müavini təyin edilib.

Xatırladaq ki, N.Məmmədov 2004-cü ildə parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib. O, Azərbaycan Respublikasının Mili Məclisində heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdi. N.Məmmədov 2010-cu ildə isə MSK-nın sədr müavini seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA