“Şahdağ” Turizm Agentliyindən alınıb, bu nazirliyə verildi - Novruz Məmmədovdan QƏRAR

img

11-09-2018 [11:40]


Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti ilə bağlı bəzi məsələlər və Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.

Mia.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilir.

Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Turizm Agentliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA