Mikayıl Cabbarov daha bir zöbə müdirini izdən azad etdi, Şahrza Əliyev səbəbini açıqladı

img

21-05-2013 [10:49]


Təhsil naziri Mikayıl Cabbarov daha bir kadr dəyişikliyi edib. O, nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevi işdən azad edib. Qeyd edək ki, bir neçə il əvvəl həbs olunan şair Əli Kərimin oğlu Orxan Kərimov Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevin müavini olub. Xatırladaq ki, Orxan Kərimov ötən il iyunun 21-də həbsdən azad olunub(qafqazinfo). *** Mia.az xəbər verir ki, Şahrza Əliyev musavat.com-a işdən çıxarılması haqda xəbəri təsdiqləyib və bildirib ki, tutduğu postdan öz ərizəsi ilə azad edilib: ?Mən ərizə yazaraq Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib təhsil sistemində başqa işə keçirilməyimi xahiş etmişəm. Buna uyğun olaraq da işdən azad edilmişəm?. Ş.Əliyev bildirdi ki, hələlik yeni işə keçirilməyib: ?Amma mənə deyiblər ki, istədiyim yeni işə keçirəcəklər?. ?İstefa ərizənizdə səbəb kimi nə göstərmisiniz? sualına onun cavabı belə oldu: ?Heç bir səbəb göstərməmişəm, yazmışam ki, xahiş edirəm, məni tutduğum vəzifədən azad edib başqa işə keçirəsiniz?. Mediada zaman-zaman belə xəbərlər də dolaşıb ki, Ş.Əliyev Şeyxülislam Hacı Allahşükür Paşazadənin adamıdır. İndi isə onun məhz şeyxin adamı olması ilə bağlı işdən çıxarıldığına dair iddialar da var. Ş.Əliyev bu haqda deyilənləri təkzib etdi: ?Xeyr, belə şey yoxdur. Sadəcə şeyx bizim yerlimizdir, bütün Qafqazın şeyxidir, onun bu işə heç bir aidiyyəti yoxdur?. #351;

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA