Azərbaycanla Rusiya arasında ?Eurovision? qalmaqalı; ilham Əliyev olaya qarızdı

img

20-05-2013 [04:30]


Bir neçə gün öncə başa çatan ?Evrovision-2013? yarışmasında Azərbaycanın Rusiyaya bir bal belə verməməsi ciddi müzakirələrə səbəb olub. ?Qafqazinfo? xəbər verir ki, Rusiyanın Azərbaycana verdiyi ən yüksək -12 xalın müqabilində bizdən heç bir səs ala bilməməsi hər iki ölkə mediasında böyük marağa və narazılığa səbəb olub. Səsvermə Rusiya mediasında texniki səhv və ya hansısa anlaşılmazlıq kimi dəyərləndirilib. Budəfəki səsvermə Rusiya ilə yanaşı Ermənistan üçün də gözlənilməz olub. Belə ki, Rusiyanın bu ölkəyə cəmi 2 bal, Azərbaycana isə 12 bal verməsi İrəvanda narazılıqla qarşılanıb. Yaranan anlaşılmazlıqla bağlı Azərbaycan İctimai Televiziyasının direktoru Cəmil Quliyev də bəyanat yayıb. ?AzerTac?ın yaydığı bəyanatda Rusiya təmsilçisinin gözəl nömrə ilə çıxış etdiyi qeyd olunub və baş verənlər ?müəyyən maraqlı qrupların törətdiyi hadisə? kimi dəyərləndirilib. ?Rusiya Azərbaycanla ümumi maraqları, ümumi insani dəyərləri və nəhayət ümumi tarixi olan ölkədir. Bu gün Azərbaycanla Rusiya arasında mədəniyyət və yaradıcılıq əlaqələri bir çox ölkələr, o cümlədən yaxın xaric ölkələri üçün nümunə ola bilər. Azərbaycanda çıxış edən, vokal və aktyorluq istedadları yüksək səviyyədə olan Rusiya yaradıcılıq birliklərinin anşlaqla baş tutur. Azərbaycan nümayəndələrinin də Rusiya auditoriyası qarşısında çıxışları bu cür qarşılanır. Rusiya tamaşaçılarının ?Eurovision-2013? müsabiqəsində Azərbaycan təmsilçisinə verdiyi ən yüksək qiymət buna sübutdur?. Bəyanatda qeyd edilir ki, verilən yüksək qiymət yalnız Rusiya tamaşaçısının ölkəmizin təmsilçisinin yaradıcılığını dəyərləndirməsinin nümayişidir: ?İctimai televiziyanın milli mobil operatorlardan aldığı məlumatlara görə, Rusiya təmsilçisi Dina Qaripova SMS-səsvermənin nəticəsi olaraq ikinci yeri tutub və bu qeyd-şərtsiz Azərbaycanın milli səsverməsində Rusiyaya yüksək yekun səs verilməsini təmin etməli idi. Qeyd edək ki, milli münsiflər heyəti də Rusiya təmsilçisinin çıxışına yüksək qiymət verib. Azərbaycandan olan səslərin yekun hesablamasında Rusiyaya bir bal verilməməsi belə ciddi narahatlıq və heyrət doğurur. Bu mənada bu gün bir çox ictimaiyyət nümayəndələrinin, yaradıcı insanların bu faktdan narazılıq ifadə etməsini başa düşmək olar. Biz Rusiyanın bu il gözəl nömrə və güclü iştirakçı ilə çıxış etdiyi fikrini bölüşürük. Hesab edirik ki, SMS səsverməsinin yekunu olaraq Azərbaycan tamaşaçılarının verdiyi yüksək qiymət, həmçinin milli münsiflər heyətinin dəyərləndirməsi elan olunan bala adekvat deyil. Səmimi qəlbdən inanırıq ki, müəyyən maraqlı qrupların törətdiyi bu hadisə Rusiya və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinə kölgə salmayacaq?. *** Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ?Evrovision -2013?ün finalında Azərbaycanın Rusiyaya səsə verməməsi ilə bağlı yaranmış gərginliyə münasibət bildirib. ?Qafqazinfo? xəbər verir ki, səfir Rusiya KİV-nə açıqlamasında qeyd edib ki, Azərbaycan əslində Rusiyaya 10 bal verib, lakin həmin səslər ?harasa yoxa çıxıb?. Səfir konkret olaraq nə baş verdiyinin məlum olmadığını, lakin ölkə prezidenti İlham Əliyevin bu xoşagəlməz insidentlə məşğul olmaq üçün artıq göstəriş verdiyini açıqlayıb: ?Hörmətli prezident İlham Əliyev bu məsələ ilə bağlı məşğul olmaq üçün göstəriş verib və hazırda aşağıdakı mənzərə ortaya çıxır: Azərbaycanda Rusiyaya səs verilib və konkret səs sayı var. Lakin məsələ ondadır ki, həmin səslər Almaniyada hesablanır və artıq belə deyək, final nəticə orada yayılır?. Açıqlamada o da qeyd edilir ki, bu təsdiqini tapacağı halda Rusyanın cədvəldəki yeri dəyişə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA