Bakı-Sumqayıt yolunda sürət həddi azaldıldı

img

20-05-2013 [11:00]


Bakı-Sumqayıt yolunda avtonəqliyyat vasitələrinin maksimal sürət həddi saatda 60 km-ə qədər azaldılıb. Bununla bağlı sürət həddini məhdudlaşdıran yol nişanı da quraşdırılıb. Yeni yol nişanı yolun Masazır dairəsindən Xırdalan dairəsinə qədər olan hissəsinə şamil edilir. Məsələyə münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib ki, Xırdalan qəbristanlığının yanında piyada keçidini müəyyən edən zolaqlar da çəkiləcək. Orada artıq piyada keçidini müəyyən edən yol nişanı quraşdırılıb(Day.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA