?Azəriqaz?dakı zərləmə kampaniyası izçiləri ?ayağa? qaldırdı

img

19-05-2013 [10:30]


?Azəriqaz? İstehsalat Birliyində təcrübəli kadrlaraqarşı rəhbərliyin atmış olduğu addımlar sıravi işçilərin də narazılığına səbəb olub. Mia.az xəbər verir ki, təcrübəli işçilərə qarşı aparılan kampaniyaya etiraz edən işçilər birliyin rəisi Əkbər Hacıyevə üz tutublar. Mia.az xəbər verir ki, birlik rəisi Əkbər Hacıyevə məktub yazan Nəsimi rayonu Qaz Qəza Xidmətinin işçiləri rəisləri Mütəllim Hacıyevə qarşı aparılan xoşagəlməz kampaniyadan narahatlıqlarını ifadə ediblər. İşçilər Nəsimi rayonunun mürəkkəb qaz xətlərinə sahib olduğunu xatırlatmaqla yanaşı, Mütəllim Hacıyevin də peşəkarlığına diqqəti çəkiblər: ?Hesab edirik ki, Mütəllim Hacıyevlə bağlı rəhbərlikdə olan xırda anlaşılmazlıq, onun işdən azad olunmasına əsas verə bilməz. O, peşəkar işçi olaraq, rayonumuzdakı mürəkkəb qaz sxeminin mahir bilicilərindəndir. Xahiş edirik, yayılan şayiələrin əksinə olaraq, Mütəllim Hacıyevin fəaliyyətinin obyektiv araşdırılıb, ədalətli qərar verilməsinə kömək edəsiniz?. İşçilər məktubu öz təşəbbüsləri ilə yazdıqlarını da sözlərinə əlavə edərək, qeyd edirlər ki, Hacıyev kimi işçilərin təcrübəsindən hər zaman yararlanmaq, ümumilikdə ?Azəriqaz? və cəmiyyətə xeyir verə bilər. Xatırladaq ki, M.Hacıyevi bir müddət əvvəl guya kimdənsə rüşvət almaqda ittiham edərək, işdən azad etməyə çalışıblar. Lakin bu faktla bağlı üzləşdirmə zamanı xidmət rəisinin şərlənməsi təsdiqlənib. Bu səbəbdən də M.Hacıyevi həmin an işdən azad etmək çətinləşib. Lakin görünür, rəhbərlik nəyin bahasına olursa olsun, M.Hacıyevi vəzifəsindən azad etməkdə israrlıdır. İşçilərin belə həyəcanlı məktubla Ə.Hacıyevə üz tutması da bu qənaəti yaradır. Qarşı tərəflərin fikirlərini yaya bilərik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA