AMEA-nın iranda həbs olunan əməkdazı Xalidə Xalid azadlığa çıxdı

img

19-05-2013 [04:38]


İranda həbsdə saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb. Mia.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Məclisinin deputatı, İranda səfərdə olan nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib. Nümayəndə heyətinə Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə rəhbərlik edir. İranın Azərbaycandakı səfiri Mövsüm Pakayin Trend-ə məlumatı təsdiqləyib. O bildirib ki, yaxın günlərdə Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Azərbaycana göndəriləcəklər. Xatırladaq ki, aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA