Isgəndər Həmidovun qardazı oğlunun mazını oğurlandı

img

19-05-2013 [04:26]


Mayın 19-da ?Etatist.com? internet qəzetinin baş redaktoru, sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşı olan Tərtər rayonunun sabiq icra başçısı Sərdar Həmidovun oglu Şəhriyar Məcidzadənin yaşadığı evin qarşısından avtomobili qaçırılıb. Hadisə Bakı şəhəri Nəsimi rayonu Suleyman Rəhimov-167 küçəsində onun yaşadığı evin qarşısında baş verib. Şəhriyar Məcidzadəyə məxsus VAZ 2107 markalı 90 GR 807 dövlət nömrə nişanlı avtomobil naməlum şəxslər tərəfindən oğurlanıb. Məsələ ilə bağlı açıqlama verən Şəhriyar Məcidzadə bildirib ki, axşam maşını evin qarşısında saxladıqdan sonra şəhərə gedib, gecə saat 2 radələrində evə qayıdarkən maşın yerində olub: ?Mən maşının oğurlandığını gecə saat 4-də eyvana çıxarkən bildim. Belə ki, maşının yerində olmadığını görüb aşağı düşdüm, ətrafa baxdıqdan sonra 102 xidmətinə zəng edib maşınımın oğurlandığını bildirdim. Məsələ ilə bağlı 22-ci polis bölməsinin əməkdaşları və təhqiqatçı polis baş leytenant Seyfullayev Zamiq Novruz oğlu oğurluq hadisəsi baş verən yerə baxış keçirdikdən sonra izahat verdim. Artıq məsələ ilə bağlı Nəsimi rayonu 22-ci polis bölməsində araşdırma aparılmaqdadır? Maşının hansı səbəbə oğurlana biləcəyinə aydınlıq gətirən Şəhriyar Məcidzadə deyib ki, hələlik bu məsələ ilə bağlı heç nə deyə bilməz: ?Hal-hazırda nəsə demək çətindi, bütün hallarda bunu polis araşdırıb özü ortaya qoya bilər. İnanmaq istəyirəm ki, bu adi oğurluq hadisəsidir. Belə olmayacağı təqdirdə, mən, Azərbaycan dövlətçiliyinə təhlükə mənbəyinə çevrilən məsələlərdən daha kəskin yazacağam. Əminəm ki, təqsirkar şəxslər cəzalandırılacaq. Bununla bağlı gərək olsa, Daxili işlər Nazirinə şəxsən müraciət edib, bu məsələnin şəxsi nəzarətinə götürməyini xahiş edəcəyəm?. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA