ilham Əliyev yazayız yeri, qeydiyyat və pasportla bağlı fərman verdi

img

17-05-2013 [09:16]


?Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş ?Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında? Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə?də dəyişikliklər edilməsi barədə? Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezident İlham Əliyev yeni Fərman verib. Mia.az-ın xəbərinə görə Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, ?Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş ?Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında? Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə?də dəyişikliklər edilməsi barədə? Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının ?Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş ?Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında? Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə?də dəyişikliklər edilməsi barədə? Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş ?Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında? Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə?nin 3-cü maddəsinin ikinci abzasında, 4-1-ci maddəsinin 1-ci bəndində, 11-ci maddəsinin birinci cümləsində və 12-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş ərizə-anket formalarını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 1.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların ?Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş ?Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında? Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə?də dəyişikliklər edilməsi barədə? Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş ?Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında? Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə?nin 3-cü maddəsinin ikinci abzasında, 4-1-ci maddəsinin 1-ci bəndində, 11-ci maddəsinin birinci cümləsində və 12-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş ?müvafiq icra hakimiyyəti orqanı?nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 4. Bu Fərmanın icrası ilə əlaqədar qəbul ediləcək normativ hüquqi aktlar 2014-cü il yanvarın 1-dən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti" *** ?Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında? Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə? Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununun tətbiqi haqqında da Prezident İ.Əliyev Fərman imzalayıb. Mia.az xəbər verir ki, Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, ?Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında? Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə? Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının ?Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında? Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə? Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların ?Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında? Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə? Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 3. Müəyyən edilsin ki: 3.1. ?Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında? Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin birinci hissəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş ?müvafiq icra hakimiyyəti orqanı?nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 3.2. həmin Qanunun 4-cü maddəsinin birinci hissəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş ?müvafiq icra hakimiyyəti orqanı?nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir; 3.3. həmin Qanunun 2-ci maddəsinin üçüncü hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş ?müvafiq icra hakimiyyəti orqanı?nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA