YAP Gənclər Birliyinin sədri "Facebook həbsləri"ndən danızdı

img

17-05-2013 [07:16]


?Azərbaycanda heç kim sosial şəbəkələrdəki fikirlərinə görə, həbs edilməyib. ?Nida? Gənclər Hərəkatı üzvlərinin həbsini istintaq araşdırır və bunu onların ?facebook?dakı fəaliyyətləri ilə əlaqələndirmək cəfəngiyyatdır?. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov ?Nida? Gənclər Hərəkatının bir qrup üzvünün həbsinə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdəki fikirlərinə görə, həbslər olsaydı, yüzlərlə ?facebook? istifadəçisi məhbəsdə olardı: ?Kimsə hər hansı cinayət əməlinə yol verirsə, qanunları pozursa, müxalifətçi olmaq ona üstünlük verə bilməz ki, o məsuliyyətdən yaxa qurtarsın. ?Nida? Gənclər Hərəkatı üzvlərinə konkret ittihamlar irəli sürülüb. Bu istiqamətdə zəruri istintaq hərəkətləri aparılır. Təəssüf ki, müxalif siyasi dairələrdə və onlara yaxın mətbuat orqanlarında bu hadisə siyasiləşdirilərək, hakimiyyətin əleyhinə yönəldilər. Müxtəlif beynəlxalq təşkilatlara və KİV-lərə bununla bağlı heç bir əsası olmayan məlumatlar ötürülür. Hesab edirəm ki, bu kifayət qədər uğursuz və heç bir perspektivi olmayan layihədir və müxalif düşərgəyə uğur gətirməyəcək?(Editor.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA