Azərbaycanın ali təhsil sistemində radikal addımlar atılacaq

img

17-05-2013 [07:00]


Yaxın vaxtlarda Azərbaycanın ali təhsil sahəsində radikal islahatlar aparılacaq. Bu barədə Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov deyib. Yeni təhsil naziri Mikayıl Cabbarovla görüşərək müxtəlif istiqamətlərdə söhbətlər etdiyini deyən A. Məhərrəmov qeyd edib ki, yeni və müasir düşüncə ilə ali təhsildə müəyyən dəyişikliklər ediləcək: ?Düzdür, təhsildə inqilabi yolla böyük çevriliş etmək olmaz, gərək işlər təkamül yolla görülsün. Amma bu gün Azərbaycanın ali təhsil sahəsində radikal addımlar atmağa böyük ehtiyac var. Əminəm ki, yeni nazir bu islahatları apara biləcək və təhsildə yeni islahatlar olacaq. Yeniliklər ali təhsil sahəsində hərbi xidmət məsələsi, ali məktəblərdə islahatların aparılması, xüsusilə təhsilin idarə edilməsində ortaya çıxan narahatçılıqların aradan qaldırılması, müəllimlərin tədrisə yanaşması, tələblərlə işin aparılması və digər məsələləri əhatə edəcək?(apa).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA