Vəkil Aslan ismayılovu "Banditizm"in qarzısında tutdular - YENiLƏNiB

img

17-05-2013 [06:44]


Nərimanov polisi tanınmış vəkil Aslan İsmayılovu həbs edib. Mia.az xəbər verir ki, bu barədə ?Azadlıq?a vəkilin sürücüsü məlumat verib. Aslan İsmayılovu Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin qarşısında saxlayıblar. Vəkil ora bir neçə gün qabaq həbs edilmiş blogger Rəşad Ramazanovun taleyi ilə maraqlanmaq üçün gedibmiş. Xatırladaq ki, Aslan İsmayılov İdarəyə yollanmamışdan qabaq mətbuat konfransı keçirərək, Rəşad Ramazanova ağır işğəncələr verildiyini bildirmişdi. Son məlumata görə, axşam saatlarında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinə aparılan tanınmış vəkil Aslan İsmayılov artıq azad edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA