Ədliyyə Nazirliyinin qarzısında aksiya; Rəis müavini saxlanılan jurnalistdən üzr istədi

img

16-05-2013 [01:00]


Bu gün ?Elmlər Akademiyası? metro sransiyasının yaxınlığında polislə vətəndaşlar arasında qarşıdurma olub. Mia.az Teleqraf.com-a istinadən xəbər verir ki, bir qrup şəxs Ədliyyə Nazirliyinin binası önünə gələrək üzləşdikləri problemlərlə bağlı aksiya keçiriblər. Əksəriyyəti qadınlar olan şəxslər nazirlikdən çıxdıqdan sonra marşrut avtobusuna miniblər. Amma ?Elmlər Akademiyası? metro stansiyasının yaxınlığında polis əməkdaşları marşrut avtobusunu saxlatdırıb, şikayətçiləri yerə düşürüb. Şahidlərin verdiyi məlumata görə, polislər onlara ?niyə şikayət edirsiz?? deyib. Bundan sonra vətəndaşlarla hüquq-mühafizə orqanı əməkdaşları arasında qarşıdurma olub. Qadınlara zor tətbiq edilərək 27-ci polis bölməsinə aparılıb. Digər bir kişinin isə üzündən xəsarət aldığı bildirilir. ?Həftə içi? saytının məlumatına görə, eyni adlı qəzetin əməkdaşı Qələndər Xaçınçaylı öz vəzifəsini yerinə yetirərkən saxlanılaraq polis bölməsinə aparılıb. Buna səbəb isə onun qarşıdurma zamanı fotoreportaj hazırlaması olub. Hazırda jurnalistdən polis idarəsində ifadəsi alınır. Hüquq-mühafizə orqanının əməkdaşı hafta.az-a açıqlamasında isə sakinlərin yolu kəsdiyini bildirib: ?Tələblərinin nə olduğunu bilmirik. Saxlanılanlar var, amma dəqiq neçə nəfər olduğu bir azdan aydınlaşacaq?. Son məlumata görə, saxlanılan jurnalistdən polis rəisi üzr istəyib və o, azad olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA