MTN-nin keçmiz zabiti Mahir Abdullayevin katibəsi və onun qaynı həbsdə qaldı

img

16-05-2013 [12:49]


Bakı Apellyasiya Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru olmuş Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin katibəsi olmuş Bənövşə Hacıyeva və onun qaynı Mübariz İbadovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb. Qeyd edək ki, təqsirləndirilən şəxslər əlbir olaraq bir çox ali məktəblərə qanunsuz yolla tələbə qəbulu həyata keçiriblər. 2009-cu ildə saxlanılan B. Hacıyeva məhkəmənin hökmü ilə 3 il şərti cəza alıb. Daha sonra axtarışda olan M. İbadov tutulub. Bundan sonra B. Hacıyevanın barəsində olan cinayət işi yenilənib. Hər iki şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B. Hacıyeva 7 il 11 ay 24 gün, M. İbadov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA