Prezident onları ?Tərəqqi? medalı ilə təltif etdi

img

15-05-2013 [10:47]


Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun əməkdaşlarının ?Tərəqqi? medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti sərəncam imzalayıb. Sərəncamda deyilir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər ?Tərəqqi? medalı ilə təltif edilsinlər: Hacıyev Arif Səlim oğlu Həbibov Vilayət Məhəbbət oğlu İsayev Rauk Məmməd oğlu Qasımov Sabir İsgəndər oğlu Sultanov Akif Qara oğlu. Dövlət başçısının digər sərəncamı ilə Qaziyev Yusif Cəbrayıl oğlu və Paşayev Elbrus Paşa oğluna ?Əməkdar Mühəndis? fəxri adı verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA