Iz adamı icra bazçısını fakt qarzısında qoydu; Vilyam Hacıyevlə bağlı foto-faktlar da yayıldı

img

15-05-2013 [04:47]


[/center] [b]- Məsələ də burasındadır ki, Vilyam Hacıyev Vətəninfo.az-ı məhkəməyə verdiyi iddiasında bildirir ki, guya biz sizin Vilyam Hacıyev tərəfindən həbs olunmağınızla bağlı məlumatı yalan yaymışıq və belə bir məlumatı yaymaqla onun şərəf və ləyaqətini alçaltmışıq.[/b] - Mən şəxsən çöx-çox təəssüf edirəm ki, Vilyam Hacıyev kimi insanlar belə yüksək vəzifələri icra edirlər. Bu da yerlərdə insanların haqlı narazılığına səbəb olur. Təbii ki, o heç bir nüfuz-hörmət sahibi olmayıb. İnsanlar möhtərəm prezidentimizin adına, şəxsiyyətinə xatir ona hörmət edirlər. Yoxsa o adamın nə şəxsi keyfiyyəti, nə siyasi əqidəsi, nə hakimiyyət dairələrində nüfuzu var. [b]- Biz 11.04.2013-cü ildə yayımlanan məlumatda qeyd etmişik ki, Vilyam Hacıyev sizinlə söhbətində bildirib ki, guya dövlət büdcəsindən ayrılan vəsaitin bir qismi Bakıya qaytarılır. V.Hacıyev sizinlə söhbətində belə bir ifadə işlədib?[/b] [center][lib]vilyam-kohne-2.jpg[/lib][/center] - Təbii ki, tək mənim yanımda yox, əksər insanların yanında bu ifadələri işlədib. Hətta bir dəfə də mənim ona iradım oldu dost kimi ki, belə bir ifadə, belə bir hesabatın insanlara verilməsi düzgün deyil. Belə şeyləri demək olmaz. [b]- İndi vəziyyət nə yerdədi? Vilyam Hacıyevin sizə nə qədər borcu var?[/b] - Qeyd edim ki, İmişli rayonunda yaxın dostum Nadir Feyziyevi Vilyam Hacıyevlə mən tanış etmişəm və Nadir Feyziyev İmişli rayonunda abadlıq və quruculuq işlərinə 580 min manat həcmində vəsait xərcləyib. Təbii ki, bunun 210 mini İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayevin dəftərində də qeyd edildiyi kimi ödənilib, 370 min manat isə bu günə kimi İcra Hakimiyyəti tərəfindən ödənilməmiş qalır. İncidilən vətəndaşlar da cənab prezidentə məktublar ünvanlayırlar, müxtəlif aidiyyati qurumlara gedirlər və haqlarını tələb edirlər. [center][lib]vilyam-kohne-1.jpg[/lib][/center] [b]- Hazırda ödənilməyən 370 min manatın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək fikriniz varmı?[/b] - Xeyr. Heç bir məhkəməyə müraciət etmək fikrində deyilik. Ona görə ki, Vilyam Hacıyevə dəfələrlə tərəfimizdən deyiləndə ki, ?Vilyam müəllim, biz müqavilə bağlayaq, bu şəkildə işi davam etdirək?, o bildirib ki, ?bizim bir dənə firmamız var və o firma ilə müqavilə bağlanılıb, bütün gələn vəsaitlər ora daxil olur və ordan da götürülüb fiziki şəxslərə, iş adamlarına işlərin görülməsi üçün verilir?. [b]- Soruşmadınız o hansı firmadı?[/b] - Xeyr. Mən bir şeyi də qeyd edim ki, Vilyam Hacıyevin Eldar adlı bir qardaşı var. Çox tərbiyyəli, səviyyəli bir insandı. Elə Vilyamın imkansız vaxtlarında,mən hər zaman görmüşəm ki, Eldar müəllim ona necə əl tutub. Eldar müəllimlə bağlı da bilindiyi kimi ciddi problemlər yaradıb Vilyam Hacıyev. Əgər bir insan öz qardaşının, nəslinin-kökünün təəssübünü çəkə bilmirsə,o heç bir zaman el təəssübü çəkə bilməz. Qeyd: Fotolar Vilyam Hacıyevin Gəncə Şəhər Nizam Rayon İcra Hakimiyyətinin nümayəndəsi olduğu illərdə çəkiliib. Kənan, Vətəninfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA