Bakıda ana doğuz zamanı öldü

img

15-05-2013 [01:54]


Bakıda hamilə qadının doğuş zamanı ölümü ilə bağlı müəyyən qaranlıq məqama aydınlıq gətirilib. Ölüm faktının araşdırılmasını aparan Xətai Rayon Prokurorluğundan milli.az-a bildirildi ki, Respublika Perinatal Mərkəzində dünyasını dəyişən NZS qəsəbə sakini, 26 yaşlı Maral Fətəliyeva əvvəllər iki dəfə qeysəriyyə yolu ilə qız uşağı dünyaya gətirib. Həkimlər bundan sonra ona hamilə qalmağı qadağan etsələr də, ananın oğul dünyaya gətirmək istəyinə mane ola bilməyiblər. M.Fətəliyeva yenidən hamilə olub. Hamiləliyin 23 həftə+4 günlüyündə vəziyyəti pisləşib və xəstəxanaya gətirilib. Əməliyyata götürülən qadının həyatını xilas etmək mümkün olmayıb. Qadının bətnində dölün çəkisi cəmi 450 qram olub. Prokurorluqdan o da deyildi ki, M.Fətəliyevanın ölümünün səbəbi haqda konkret fikir bildirmək olmaz. Hazırda təcrübəli mütəxəssislərdən ibarət komissiya yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA