?Elmar Vəliyevin köməkçisi mənə dedi ki...?

img

14-05-2013 [11:25]


Mayın 13-də ?Yeni Müsavat? qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan bir neçə mobil telefon nömrəsindən ona, redaksiyaya ünvanlanan təhqir və təhdidlərlə bağlı prezident İlham Əliyevə müraciət edib. Müraciətdən sonra hansı reaksiyalar var? ?Media forum? saytı mayın 14-də bununla maraqlanıb. Azər Ayxan saytın sualına cavab olaraq bildirib ki, üzləşdiyi mənəvi-psixoloji terrorla bağlı həm prezident İlham Əliyevə teleqram vurub, həm də daxili işlər naziri Ramil Usubova rəsmi məktub göndərib: ?Hələlik müraciətlərimə heç bir reaksiya yoxdur. Güman edirəm ki, reaksiya olacaq. Adətən bu cür situasiyalarda rəsmi orqanlar susmağa üstünlük verir. İstəməzdim ki, bu məsələdə də belə olsun. Amma heç bir reaksiyanın olmayacağını, təhdid və təhqirləri təşkil edənlərə və onları həyata keçirənlərə qarşı heç bir cəza tədbiri görülməyəcəyini də istisna etmirəm. Əgər cəza tədbiri olmasa, yüzdə-yüz biləcəm ki, bu işin arxasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dayanır?. Məsələdə Kəlbəcər rayonundan olan məcburi köçkünün adının hallandırılmasına gəlincə, Azər Ayxan sadə ölkə vətəndaşının hansısa məmura görə özünü bu cür ciddi risk altına atmasına, ölkənin aparıcı qəzetini hədələməsinə inanmadığını vurğulayıb: ?Bu, ağlasığmazdır. Kəlbəcər köçkününün nəyinə lazımdır ki, Elmar Vəliyevə görə bir qəzetlə, redaktorla özünü üz-göz etsin? Burda məntiq yoxdur. Elmar Vəliyevin köməkçisi mənə dedi ki, (050) 648 02 02 nömrəsinə zəng edib. Guya həmin şəxs deyib ki, mən əsəbi idim, zəng vurmuşam, yaxşı etmişəm. Mən o vaxt öz iddiamdan əl çəkərəm ki, Elmar Vəliyev o adamları istintaqa təhvil versin. Üstündən bu iddianın, ləkənin götürülməsini istəyirsə, bunu etmək onun əlində 15 dəqiqəlik işdir. Köməkçisi mənə dedi ki, adam tutdurmaq bizim işimiz deyil. Bildirdim ki, hər hansı formada bunun hüquqi yolunu tapıb məsələni aydınlaşdırmaq lazımdır. Düşünürəm ki, mən bu işdə üzərimə düşən addımı atmışam?./mediaforum/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA