Həbsxanada məhkum xəstəlikdən öldü

img

14-05-2013 [07:19]


Azərbaycanda daha bir məhkum ölümü baş verib. Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə müalicə alan, 1964-cü il təvəllüdlü Şagird İbrahim oğlu Osmanov xəstəlikdən dünyasını dəyişib. Mərhum şəkərli diabetdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Ş. Osmanov ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilibmiş.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA