Azərbaycan prezidenti ilham Əliyev ?10 ilin dövlət adamı? oldu

img

14-05-2013 [06:10]


Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin nüfuzlu ?Ekovitrin? jurnalı tərəfindən türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda ?10 ilin dövlət adamı? seçilib. Bu barədə ?Ekovitrin?də verilmiş geniş yazıda jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992 respondentin iştirak etdiyi bildirilib. Jurnalda İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Nəşrdə dövlətimizin başçısının daxili və xarici siyasətinin uğurlu nəticələri şərh edilib. Bu media qrupunun 2000-ci ildən buraxılan ?Ekovitrin? aylıq jurnalı Türkiyənin ən sanballı nəşrlərindən birinə çevrilib. Türkiyə ilə yanaşı, Asiya regionunda da geniş yayılan ?Ekovitrin? jurnalı ənənəvi olaraq iqtisadiyyat, biznes, sənaye, ixracat, maliyyə, investisiya, siyasət və yerli idarəçilik sahələrində ?İlin adamları?nı seçir. 2005-ci ildə Türkiyədə və xaricdə yaşayan 9 minə yaxın oxucunun iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ?Avrasiyada ilin siyasət adamı? elan olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA