Bakıda səhv qan vurulan ana və körpəsi əməliyyat zamanı öldü

img

14-05-2013 [01:09]


Mayın 14-də səhər saatlarında Respublika Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı zamanı 1986-cı il təvəllüdlü Fətəliyeva Maral Umudvar qızı doğulmamış uşaqla birlikdə vəfat edib. Bu barədə Yeni Musavat məlumat yayıb. Qeysəriyyə əməliyyatını cərrah Şamilov Ruslan aparıb. İlkin məlumatlara görə, həkimlər dəqiq bir şey demirlər, yalnız onu bildiriblər ki, əməliyyat zamanı ananın ürəyi dayanıb. Ancaq qohumları bunu şübhəli hesab edirlər. Məlumatı verən mərhumənin yaxınları şikayət etsələr də, hüquq-mühafizə orqanlarının hadisə yerinə gəlmədiyini bildirdilər. M.Fələliyevanın yaxınları ana və körpənin məhz həkim məsuliyyətsizliyi nəticəsində öldüyünü iddia edirlər. Ancaq müraciət edilməsinə baxmayaraq prokurorluq əməkdaşları isti-isti izlərlə hadisənin araşdırılmamasını həkimlərin mümkün təqsirinin ört-basdır edilməsi ilə əlaqələndirirlər. Mərhumənin qohumları həkimlərin qanunsuz hərəkətlərində btün instansiyalara şikayət edəcəklərini deyirlər. Xəstəxanadan əldə etdiyimiz məlumata görə, ana və körpənin ölümünə səbəb xəstəyə yanılış qan vurulması ilə əlaqələndirirlər. Respublika Perinatal Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, hal-hazırda xəstəxanada hüquq-mühafizə orqanları əməkdaşları araşdırma aparır. İstintaq getdiyinə görə, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA