Gəncə icra Hakimiyyətindən reaksiya: ?Bəyəm Azərbaycanda bazqa problem yoxdur ki??

img

13-05-2013 [01:39]


Dünən saat 21.10 radələrindən etibarən "Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın mobil nömrəsinə 050 648 02 02 və 055 872 73 56 nömrələrindən edilən təhdid xarakterli zənglərlə bağlı mia.az-da dərc olunan xəbərə Gəncə şəhər İcra Hakimiyyətindən münasibət bildirilib. Mia.az-a telefon açan şəhər icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı deyib ki, jurnalistə edilən təhdid və təhqiqlərlə onların hər hansı bir bağlılığı yoxdur: ?Ümumiyyətlə, açıqlanan nömrələrin heç birinin bizə aidiyyatı yoxdur. Həmin telefon nömrələri bizə tanış deyil. Bu zənglər qətiyyən bizim tərəfimizdən təşkil olunmayıb və ola da bilməzdi. Kim zəng edib, kimə hədə-qorxu gəliblər, onu da bilmirik. Bir də bəyəm Azərbaycanda başqa problem yoxdur ki, ATƏT-də Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı məsələ qaldırırlar? Bir daha bəyan edirik ki, yazılanların heç bir əsası yoxdur". Xatırladlaq ki, ?Yeni Müsavat? qəzetinin rəhbərliyi təhdid və təhqir dolu zənglərin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən təşkil olunduğunu iddia edir. Qəzetin baş redaktoru, hazırla Varşavada olan Rauf Arifoğlu isə bu hadisəni ATƏT-in insan ölçüsü üzrə illik toplantısında qaldıracağını bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA