Nazir Əbülfəs Qarayev qaz pulunu ödəyə bilmir

img

13-05-2013 [12:24]


Nazir Əbülfəs Qarayev yeni bir problemlə üzləşib. O, istifadə etdikləri təbii qazla bağlı yaranmış borclarını ödəyə bilmir. Bunun üçün də nazir, daha dəqiqi, Əbülfəs Qarayevin onun rəhbərlik etdiyi Mədəniyyət və Turizm Nazirliyi istifadə olunmuş təbii qazın pulunu ödəyə bilmədiyi üçün məhkəməyə cəlb olunub. Bu barədə mia.az-a daxil olan məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi ?Azəriqaz?a olan borcunu vaxtında ödəmədiyi üçün məhkəməyə verilib: ?Əkbər Hacıyevin sədrlik etdiyi ?Azəriqaz? İstehsalat Birliyi Mədəniyyət və Turizm Nazirliyinə qarşı əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə iddia qaldırıb. Lakin borcun ödənilməsi tələbindən bəhs edən iddia üzrə bu məhkəmədə çıxarılan qərar bu dəfə nazirin rəhbərlik etdiyi qurumu qane etməyib. Onlar birinci məhkəmə instansiyasının qərarından apellyasiya şikayəti veriblər?. Məlumata görə, ?Azəriqaz? İstehsalat Birliyinin verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsində icraata götürülüb və ötən həftə işə baxılıb: ?İşə sözügedən məhkəmədə hakim Elmira Nağıyevanın sədrliyi ilə mayın 7-də baxılıb. Hakim Elmira Nağıyevanın həmin günü birinci məhkəmə instansiyasının çıxardığı qətnaməni ləğv etməklə yanaşı, ?Azəriqaz? İstehsalat Birliyinin iddiasını da rədd edib?. Borcun məbləğinin dəqiqləşdirilməsinə ehtiyac olduğunu deyən müsahibimizin sözlərinə görə ki, hakimin belə bir qərara gəlməsinə səbəb Mədəniyyət və Turizm Nazirliyinin büdcə təşkilatı olması olub: ?Həmin borc ötən illərdən yaranıb. Nazirlik isə büdcə təşkilatı olduğunu və bütün xərclərinin ilin əvvəlində büdcə təsnifatına uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə Maliyyə Nazirliyi tərəfindən ayırmalarla tənzimləndiyini əsas gətirərək, bu kimi borcların yuxarı təşkilatların qərarları ilə həll olunduğunu bildirir. Doğrusu, nazirlik qismən haqlıdır. Amma digər bir məsələdə var ki, hər bir nazirliklərə sairə xərclər altında əlavə vəsait ayrılır. Yəni nazirlik həmin vəsaitlər hesabına da bu borcu qapada bilərdi. İndisə ?Azəriqaz? bu borcu ödətdirmək üçün 2014-cü ilə ümid bağlamaq məcburiyyətindədir. Yaxud da Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət etməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA