Qafqaz Universitetində II iqtisadi Forum bazladı

img

13-05-2013 [11:13]


Mayın 12-də Xaçmaz rayonunda Qafqaz Universiteti və Sosial-iqtisadi tədqiqatlar mərkəzinin təşkil etdiyi II İqtisadi Forum öz işinə başlayıb. Forumun açılışında Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və ?Çağ? Öyrətim İşlətmələri Şirkətinin idarə heyətinin sədri Ənvər Özərən çıxış edib. Forum maliyyə-iqtisadi böhranından sonra dünya iqtisadiyyatında formalaşmış tendensiyaların müzakirəsinə həsr edilib. Müzakirələr üç istiqamətdə aparılıb. Birinci istiqamət qlobal iqtisadi problemlər və onlara müasir baxışları əhatə edib. Burada əsasən qlobal iqtisadi problemlərin həllinə alternativ yanaşmalar, muasir istehlak cəmiyyəti və onun müasir iqtisadi böhranların yaranmsında rolu, eləcə də müasir dövr iqtisadiyyatının institusional məsələləri müzakirə edilib. İkinci istiqamətdə sahibkarlığın iqtisadi inkişafdakı rolu innovasiyalar, istehsal və marketinq münasibətlərinə yeni baxışlar, həmçinin, maliyyə münasibətləri kontekstində geniş diskussiya aparılıb. Forumun sonuncu müzakirə istiqaməti isə milli-mənəvi dəyərlərin müasir iqtisadiyyatdakı rolu ilə əlaqədar olub. Burada milli-mənəvi dəyərlərin iqtisadi davranışlara təsiri, alternativ bankçılıq və ticarət əxlaqı kimi məsələlər ətrafında fikir mübadilələri aparılıb. Qeyd edək ki, forumda Qafqaz Universitetinin rektoru Ahmet Sanıç tərəfindən İştirakçılara xatirə plaketi də verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA