Ramil Usubova yeni müavin təyin edildi; General-mayor nazir müavini oldu

img

12-05-2013 [10:35]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubova yeni müavin təyin olunub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi, polis general-mayoru Fazil Quliyev tutduğu vəzifədə saxlanılmaqla Ramil Usubovun müavini təyin edilib. Ancaq onun kimin postuna və ya yeni yaradılan vəzifəyə, yaxud hansı sahəni kurasiya edəcəyi bilinmir. Mia.az xəbər verir ki, bunu Press24.az yayıb. Xatırladaq ki, Fazil Quliyev 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. 1991-1999-cu illərdə Bakı şəhəri Daxili İşlər İdarəsinin Qərargahında bölmə rəisi, Qərargah rəisinin müavini, Bakı Şəhər Baş Polis İdarəsinin İqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsinin bölmə rəisi, Daxili İşlər Nazirliyinin İşlər İdarəsinin rəis müavini vəzifələrində işləyib. 1999-cu ildə Təşkilati-İnspeksiya İdarəsinin rəisi, 2001-ci ildə Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA