Türkiyədə dəhzətli terror - 46 ölü, 100 yaralı

img

11-05-2013 [10:16]


Bu gün Türkiyə vaxdı ilə 13:45-də Hatayın Reyhanlı qəsəbəsində bələdiyyə binası yaxınlığında 2 ayrı partlayış meydana gəlib. Daxili işlər naziri Müəmmər Gülər partlayışla bağlı ilkin olaraq, 46 adamın öldüyü, 29-u ağır olmaqla 100-dən çox adamın yaralandığını açıqlayıb. Terror içərisinə partlayıcı maddələr yerləşdirilmiş 2 avtomobil vasitəsilə Reyhanlının mərkəzindəki Atatürk prospektində, bələdiyyə və poçt binalarının qarşısında törədilib. Qeyd edək ki, partlayışın baş verdiyi yerdə, fotoqrafın lentə aldığı bir şəkil maraq doğurub. Belə ki, şəkildə partlayan avtomobillərdən birinin qarşısına mis məftil ilə bağlanmış halda yanmış cəsəd əks olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA