Region gəncləri internet resurslarindan səmərəli istifadəsi barədə maarifləndirilir

img

11-05-2013 [06:31]


11 may 2013-cü il tarixdə ?Demokratik Gənclər? İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ?Region gənclərinin internet resurslarindan səmərəli istifadəsi barədə maarifləndirmək? mövzununda yeni layəsi çərçivəsi çərçivəsində geniş Dəyirmi Masa keçirildi. Bu dəyirmi masada şəhər içtimayyətinin nümayəndələri KİV və QHT təmsilçiləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə ?Demokratik Gənclər? İctimai Birliyi-nin rəhbəri Ramil Süleymanov açaraq, bu layihə haqqında ətraflı məlumat verdi. Tədbirdə layihə həyata keçiriləcək Quba, Siyəzən, Xızı rayonları və Sumqayıt şəhərindən qruplarının təmsilçiləri də iştirak edirdi. Ramil Süleymanov bildirdi ki, Bu layihə nəticəsində aşagıdakı işlər həyata keçiriləcək: - Layihə çərçivəsində 200 nəfər gənc ?Demokratik Gənclər? İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ?Region gənclərinin internet resurslarindan səmərəli istifadəsi barədə maarifləndirmək layihəsinin icrası 3 aylıq müddəti əhatə edəcək. Layihə üzrə əsas fəaliyyətlər regionlardakı gənclərlə həyata keçiriləcək. Bu gənclər 4 regionunda Xızı, Siyəzən,Sumqayıt, Quba, regionlarında və hər bir qrupda 50 nəfər olmaq şərti ilə təlimlər keçiriləcək. - Layhə çərçivəsində ?Sosial Servislər və Bİz? adlı 500 ədəd kitabça çap ediləcək. - Layihəyə cəlb edilən gənclərlə təlimlər qurtardıqdan sonra, yerli icra hakimiyyəti, Gənclər İdman idarələri, QHT-lərin iştirakı ilə Dəyirmi masalar keçiriləcək. Ümumilikdə 4 yerli Dəyirmi masanın keçirilməsi nəzərdə tutulur. Dəyirmi masaların məqsədi təlimlərin nəticələri, bu sahədə aparılan təhlillər və Region gənclərinin virtual forumların rolu və onların ictimai fəallığında rolu üzrə birgə müzakirələrin keçirilməsindən ibarətdir. Hər bir təlimdə 50 nəfərin iştirakı nəzərdə tutulur. Bütün təlimlər və Dəyirmi masalar bitdikdən sonra, Ən Yaxşı Veb səhifə və Bloq? müsabiqəsi elan ediləcək. Müsabiqənin şərtləri ilə bağlı bu regionların hər birində təlim keçmiş gənclərin elektron poçtlarına müsabiqə ilə bağlı bütün məlumatlar göndəriləcək. Müsabiqə üçün göndərilən materialları qiymətləndirmək və qalibləri seçmək üçün, bu sahədə xüsusi peşəkarlıq qabiliyyətlərinə malik olan münsiflər dəvət olunacaq. Onlar 1 ay ərzində iştirakçıların göndərdikləri materialları diqqətlə nəzərdən keçirərək, qiymətləndirmələrini aparacaqlar və ən yaxşı işləri 1, 2, 3 -cü yerlər və 1 həvəsləndirici yerlər olmaqla müəyyən edəcəklər. - Layihə bitdikdən sonra, Birlik bu layinəni öz könüllüləri hesabına davam etdirəcək. Layihə zamanı Birlik müxtəlif sosila servislərdə, KİV-də elenalar verəcək. Burda əsas kontaktlar qoyulacaq ki, bu şəxslərə istənilən gənc əlaqə saxlayıb bu sahədə həm virtual təlim keçə bilər həm də onu düşndürən suallara cavab ala bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA