Ramil Usubovdan daha bir kadr dəyizikliyi

img

10-05-2013 [03:29]


Naftalan şəhərinə yeni polis rəisi təyin edilib. MİA-nın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakının Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Məmməd Hüseynov tutduğu vəzifədən azad edilərək Naftalan şəhərin Polis Şöbəsinə rəis təyin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Qeyd edək ki, bir neçə gün əvvəl Naftalan şəhər Polis Şöbəsinin rəisi Ağakişi İsmayılov tutduğu vəzifədən uzaqlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA