ilham Əliyev və xanımı Həzi Aslanovun abidəsini ziyarət edib

img

09-05-2013 [01:12]


Azərbaycan prezidenti İlham Əliyev 9 May - Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edib. APA-nın məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin qarşısına əklil qoyub, Böyük Vətən Müharibəsində dünyasını dəyişmiş insanların xatirəsini yad ediblər. Daha sonra dövlət başçısı müharibə veteranları ilə görüşüb, onların xatirələrini dinləyib, problemləri ilə maraqlanıb. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA