Yeni polis rəisi təyin edildi; Oqtay Məmmədov Kürdəmir RPŞ-nin rəisi oldu

img

08-05-2013 [10:59]


Bir müddət əvvəl bəzi kütləvi informasiya vasitələri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Natiq Qasımovun tutduğu vəzifədən azad edilərək Kürdəmir Rayon Polis Şöbəsinə rəis təyin olunduğunu iddia edərək məlumatlar yaysalar da, həmin xəbərin həqiqətəuyğun olmadığı üzə çıxıb. Trend-in əldə etdiyi məlumata görə isə, həmin vəzifəyə təyinat bu gün olub. Belə ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Oqtay Məmmədov Kürdəmir Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Trend-in sorğusuna cavab olaraq faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiq edib. Xatırladaq ki, aprelin ortalarında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Kürdəmir Rayon Polis Şöbənin rəisi vəzifəsində çalışan polkovnik Rasim Əliyev və müavini polkovnik-leytenant Aqil Tağıyev tutduğu vəzifədən azad edilmişdi. Şöbə rəisinin vəzifəsini müvəqqəti olaraq xidmət işləri üzrə müavin polkovnik Həsən Əsədov icra edirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA