Aslan ismayılovun vəkillik fəaliyyətinə xitam verildi

img

08-05-2013 [06:13]


Aslan İsmayılovun vəkillik fəaliyyətinə xitam verilib. Bu barədə APA-ya məlumat verən A. İsmayılov qərarın bu gün Vəkillər Kollegiyası tərəfindən qəbul edildiyini deyib: ?Səbayel Rayon Məhkəməsinin hakimi Elnur Həsənovla bağlı mən Ədliyyə Nazirliyinə şikayət ərizəsi yazmışam, baxılmayıb. Hakimin mənimlə bağlı verdiyi təqdimata isə bu gün saat 17-də baxılıb və mənim vəkillik fəaliyyətimə xitam verilməsi ilə bağlı qərar verilib. Bundan başqa mənim təsisçisi olduğum ?Aslan İsmayılov və partniyorları? vəkil bürosunun da fəaliyyəti dayandırılıb?. Vəkil bərəsində çıxarılmış qərarın əsassız olduğunu da bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA