ismət Abbasov danızdı: ?Vəzifəmdə qalıb-qalmayacağımı yalnız bir kizi bilir?

img

08-05-2013 [12:19]


Son günlər mediada kənd təsərüfatı naziri İsmət Abbasovun ?vurulacağına? dair xəbərlər yayılmaqdadır. ?Yeni Müsavat? qəzetinin son saylarının birində isə qeyd olunub ki, artıq İsmət Abbasovu əvəzləyəcək şəxin kimliyi bəllidir. Bu, Prezident Admnistrasiyasının Aqrar Məsələlər Şöbəsinin müdiri Azər Əmiraslanovdur. Mia.az xəbər verir ki, Moderator.az-a eksklüziv açıqlamasında kənd təsərüfatı naziri İsmət Abbasov barəsində yayılan xəbərlərə münasibət bildirib. Nazir deyib ki, onun vəzifədə qalıb-qalmamaq məsələsindən özünün xəbəri yoxdur: ?Bunu nə mən nə də hansısa qəzetlər bilə bilməz. Mənim işdən çıxarılmamı, vəzifəmdə qalmağımı yalnız bir kişi bilir. O da cənab Prezidentdir?. ?Ölkə rəhbərliyi fəaliyyətinizdən razıdırmı? sualına İsmət Abbasov cavab verə bilməyəcəyini deyib: ?Bu barədə mənim özüm danışa bilmərəm?. Nazirlikdəki korrupsiya ittihamlarına gəlincə, İsmət Abbasov deyib ki, bunlar cəfəngiyyatdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA