Azərbaycanda polisin təzyiqi ilə üzləzən müxalifətçi gənc qız özünü 6-cı mərtəbədən atdı

img

08-05-2013 [10:33]


"Nida" vətəndaş hərəkatına yaxın olan gənc qız intihar edib. Mia.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı Nilufər Məhərrəmovanın dostları Facebook-da yazıblar. İntiharın təfərrüatlarına gəlincə, hər şey Nilufər Məhərrəmovanın bloq yazısından sonra başlayıb. O, öz bloqunda "Sivil demokratik ve hüquqi dövlet uğrunda" adlı məqaləsini (http://nilufermeherremovablog.wordpress.com/2013/04/06/sivil-demokratik-ve-huquqi-dovlet-ugrunda) paylaşıb. Bundan sonra gənc qıza təzyiqlər başlayıb. Hətta, onun polis əməkdaşları tərəfindən döyüldüyü barədə iddialar da var. Nəticədə, Nilufərin evdə anası ilə mübahisəsi yaranıb. Mübahisədən dərhal sonra isə qız özünü altıncı mərtəbədən atıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA