Bakıda yataqxana uçdu, 2 köçkün qadın yaralandı

img

08-05-2013 [10:16]


Bakıda Dərnəgül qəsəbəsində yerləşən N.Tusi adına Pedoqoji Universitetin 2 saylı yataqxanasının 3-cü mərtəbəsinin tavanı çöküb. Nəticədə yataqxanada məskunlaşan Qarabağdan məcburi köçkün düşənlərdən 2-si yaralanıb. Olay saat 23.15-də baş verib. Yataqxanada məskunlaşan köçkünlərin ?Yeni Müsavat?a verdiyi xəbər görə, uçqun 5 mərtəbəli yataqxanının 3-cü mərtəbəsinin mətbəxində başlayıb. Daha sonra isə digər otaqlara keçib. Sakinlərin dediyinə görə, uçqun baş verən mərtəbədə 24, bütünlükdə binada isə 125 ailə yaşayır. Uzun illərdir binanın su-kanalizasiya sistemi bərbad durumdadır, mərtəbələr arasındakı sızmalar binanın zirzəmisinin su ilə dolmasına səbəb olub. Nəticədə binanın müxtəlif hissələrində çatlar əmələ gəlib. Sakinlərin sözlərinə görə, binada məskunlaşan Şuşa, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilandan məcburi köçkünlər dəfələrlə uyğun qurumlara müraciət etsələr də şikayətlərini dinləyən olmayıb. Uçqundan sonra sakinlərin Fövqəladə Hallar Nazirliyinin qəza xidmətinə zənglərinə də operativ reaksiya verilməyib. Olaydan 40 dəqiqə keçməsinə baxmayaraq hələ də FHN əraziyə gələrək sakinlərin təhliyəsinə başlamayıb. Binada məskunlaşanların sözlərinə görə, bütün sakinlər ən zəruri əşyalarını götürərək binanı tərk edib. Bu dəqiqələrdə də uçqun davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA