Hacı ibrahim Nehrəmlinin keçmiz zərikinə ömürlük cəza tələb olunur

img

07-05-2013 [10:33]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ?Azər-Ross? MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə davam etdirilib. İttihama görə, 2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən ?Azər-Ross? mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin rəhbər şəxsləri - H. Məmmədov və F. Hacıyev vətəndaşları aldadıb, bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşən 26 vətəndaş zərərçəkən qismində tanınıb. Zərərçəkən 24 nəfərdən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı Hümbət Məmmədovla Vüsal Qurbanova ömürlük, Tofiq Bəkirova 15 il, Fərman Hacıyevə 14 il 6 ay, Sahil və Şamil Şamilov qardaşlarının hər birinə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Dövlət ittihamçısı çıxışında həmçinin bildirib ki, Hümbət Məmmədova qarşı verilmiş mülki iddiaların təmin edilməsini, ?Azər-Ross? MTK-ya qarşı verilmiş mülki iddiaların təmin edilməməsini təklif edib. Dövlət ittihamçısı bildirib ki, hazırkı məhkəmədə Hümbət Məmmədova qarşı cinayət işi araşdırılıb və buna görə də ancaq ona qarşı verilmiş mülki iddiaların təmin edilməsi vacibdir. Dövlət ittihamçısı onu da bildirib ki, ?Azər-Ross? MTK-ya qarşı mülki iddiaları verən şəxslərin işinə mülki qaydada başqa məhkəmələrdə baxılması izah edilməlidir. Əflatun Piriyevin ailəsinin vəkili Aslan İsmayılov çıxışa hazırlaşmaq üçün bir gün vaxt istəyib. Xatırladaq ki, H.Məmmədov tutulan günə qədər komitə sədri Nazim İbrahimovun qardaşı, iş adamı, ölkədə Hacı İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimovun biznesdəki əsas şəriki olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA